18 
Okt
2020
11:30
411
27
2828
Virtual karabakh

1 milyondan çox fərdi sahibkar qeydiyyatdan keçib

18 Okt, 2020
11:30
2828

1 milyondan çox fərdi sahibkar qeydiyyatdan keçib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci ilin yanvar-sentyabr ayları ərzində hüquqi şәxs yaratmadan sahibkarlıq fәaliyyәti ilә mәşğul olmaq üçün qeydiyyatdan keçmiş fәrdi sahibkarların sayı 1 milyonu keçib.

Dövlət Statistika Komitəsindən əldə edilən məlumata əsasən, hesabat dövründә hәr dörd fәrdi sahibkardan üçü “kәnd tәsәrrüfatı, meşә tәsәrrüfatı vә balıqçılıq”, “ticarәt, nәqliyyat vasitәlәrinin tәmiri”, “digәr sahәlәrdә xidmәtlәrin göstәrilmәsi” vә “nәqliyyat, anbar tәsәrrüfatı” sahәlәri üzrә qeydiyyatdan keçib.

Sahibkarlıqla mәşğul olmaq niyyәtindә olan fәrdi sahibkarların әsas hissәsi Bakıda (291,5 min nəfər və ya 28 faiz), Aran iqtisadi rayonu üzrə (224,5 min nəfər  və ya 21,6 faiz), Gәncә-Qazax iqtisadi rayonu üzrə (142,8 min nəfər və ya 13,7 faiz) vә Lәnkәran iqtisadi rayonu üzrə (99,7 min nəfər min nəfər) qeydiyyata alınıb.

Fәrdi sahibkarların 78,7 faizini kişilәr, 21,3 faizini isә qadınlar tәşkil edib.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri