18 
Okt
2020
14:40
1235
44
5657
Virtual karabakh

Azərbaycan dövlәt büdcәsinin gәlirlәri artıb - FOTO

18 Okt, 2020
14:40
5657

Azərbaycan dövlәt büdcәsinin gәlirlәri artıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci ilin yanvar-avqust aylarında dövlәt büdcәsinin gәlirlәri әvvәlki ilin eyni dövrü ilә müqayisәdә 7,6 faiz artıb.

Dövlət Statistika Komitəsindən əldə edilən məlumata əsasən, büdcə gəlirləri cari dövrdə büdcə gəlirlərinin həcmi 16 milyard 37,24 milyon manata çatıb. 

Müvafiq dövrdə büdcə xərcləri isə 11,2 faiz artıb və 16 milyard 355,86 milyon manata çatıb. Büdcәnin icrasında yaranmış 318,62 milyon manatlıq kәsir ümumi daxili mәhsulun 0,7 faizinә bәrabәr olub.

Daxilolmaların 3 milyard 283,28 milyon manatı әlavә dәyәr vergisi, 1 milyard 830,46 milyon manatı hüquqi şәxslәrin mәnfәәt (gәlir) vergisi, 742,45 milyon manatı xarici iqtisadi fәaliyyәtlә bağlı vergilәr, 740,12 milyon manatı fiziki şәxslәrin gәlir vergisi, 561,97 milyon manatı aksizlәr, 220,66 milyon manatı sadәlәşdirilmiş vergi gəlirləri, 8 milyard 365,22 manatı isə digәr daxilolmalar hesabına tәmin edilib.

Xərclərin 2 milyard 976,13 milyonu iqtisadi fәaliyyәt, 2 milyard 486,16 milyonu ümumi dövlәt xidmәtlәri, 2 milyard 427,10 milyonu sosial müdafiә vә sosial tәminat, 2 milyard 217,43 milyonu müdafiә vә milli tәhlükәsizlik, 1 milyard 701,08 milyon manatını tәhsil üzrə vəsaitlər təşkil edib.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri