19 
Okt
2020
13:48
194
33
1705
Virtual karabakh

“Expressbank”la hesablarınızı məsafədən açın!

19 Okt, 2020
13:48
1705

“Expressbank”la hesablarınızı məsafədən açın!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Expressbank” müştərilərinin rahatlığını düşünərək onların vaxtına qənaət etmək, işlərini asanlaşdırmaq və xidmətləri daha əlçatan etmək məqsədi ilə daim yeni layihələr üzərində işləyir və xüsusilə rəqəmsallaşma istiqamətində həyata keçirdiyi yeniliklərlə müştərilərini sevindirir. 

Bu dəfə “Expressbank” Mərkəzi Bankın daha bir strateji layihəsinə qoşularaq müştərilərinə məsafədən hesab açmaq imkanı yaradıb.  Belə ki, artıq bankın həm fiziki həm də hüquqi şəxs müştəriləri banka gəlmədən cari və ya kart hesablarını məsafədən açmaq imkanı əldə ediblər. 

Bunun üçün www.bankid.az linkinə daxil olaraq istənilən cari hesab və ya kart hesabının açılmasını onlayn sifariş etmək kifayətdir. Məsafədən bank hesabları gücləndirilmiş elektron imza, videogörüntü kimi üsullardan istifadə edilməklə açıla bilər.

Qeyd etmək istərdik ki, “Expressbank” müştərilərinə 4 fərqli valyutada, həm debet həm də kredit funksiyalarını özündə birləşdirən, 30 faizədək cashback və illik 5 faizədək gəlir qazandıran “Expresso” kartlarını əlverişli qiymətlərlə təklif etməklə yanaşı, bir çox imtiyazlara sahib olan “Mastercard Gold” və “Mastercard Platinum” kartlarını ilkin mədaxil edərək pulsuz təklif edir.  
Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank haqqında ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytından və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri