19 
Okt
2020
14:12
332
21
1658
Virtual karabakh

Əlil sahibkarlar üçün “Vergi və vergi güzəştləri” mövzusunda təlim keçirilib

19 Okt, 2020
14:12
1658

Əlil sahibkarlar üçün “Vergi və vergi güzəştləri” mövzusunda təlim keçirilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Sumqayıt KOB İnkişaf Mərkəzində əlilliyi olan sahibkarlar üçün “Vergi və vergi güzəştləri” mövzusunda növbəti təlim keçirilib.

Agentlikdən verilən məlumata əsasən, tədbirdə təlimçi-ekspert Əfqan Səfərli tərəfindən iştirakçılara Azərbaycan Respublikasının Vergi Məcəlləsi, vergi orqanında qeydiyyat, sahibkarların vergi öhdəlikləri, vergilərin hesablanması və ödənilməsi qaydası haqqında məlumat verilib.

Həmçinin, onlara onlayn qeydiyyatdan keçmə və bu sahədə mövcud olan elektron xidmətlərdən istifadə əyani şəkildə nümayiş olunub, sahibkarları maraqlandıran suallar cavablandırılıb. 

Qeyd edək ki, Sumqayıt KOB İnkişaf Mərkəzi tərəfindən sahibkarlar, o cümlədən həssas kateqoriyadan olan şəxslərin sahibkarlıq fəaliyyətinə təşviq olunması üçün mütəmadi olaraq təlim və seminarlar keçirilir, biznesyönümlü məsləhət xidmətləri və digər xidmətlər göstərilir. 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri