19 
Okt
2020
20:16
797
48
1884
Virtual karabakh

2021-ci ildə Azərbaycanda qeyri-neft məhsullarının ÜDM-dəki payı artacaq

Beynəlxalq Valyuta Fondu 2021-ci il üçün Azərbaycanda neft-qaz və qeyri-neft sektorlarının ümumi daxili məhsulda həcmi üzrə proqnozlarını açıqlayıb.

Beynəlxalq Valyuta Fondunun hesabatına əsasən, Azərbaycanda 2021-ci ildə neft üzrə ümumi daxili məhsulun həcmi 0,2 faiz artacaq.

2020-ci ilin yekun dövrü üçün isə ölkədə neftin ÜDM-də payının 4,5 faiz azalacağı proqnozlaşdırılıb.

Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə verilən proqnozda Azərbaycanla yanaşı 2020-ci il üzrə Türkmənistan və Qazaxıstanla bağlı göstəricilər də verilib. Belə ki, bu il Türkmənistanda neftin ÜDM-də payı 4,5 faiz, Qazaxıstanda isə 6 faiz azalacağı qeyd edilib.

Beynəlxalq Valyuta Fondunun hesabatına əsasən, Azərbaycanda 2021-ci ildə qeyri-neft sektorunun ÜDM-də payı 3 faiz artacaq.

2020-ci ilin yekun dövrü üçün isə ölkədə qeyri-neft sektorunun ÜDM-də payının 3,8 faiz azalacağı proqnozlaşdırılıb.

Azərbaycanla yanaşı, Türkmənistan, Qazaxıstan və Özbəkistanı da əhatə edən Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə qeyri-neft sektorunun ÜDM-də payının 1,6 faiz azalacağı gözlənilir. 2021-ci ildə isə bölgə üzrə 3,6 faiz artım olacağı gözlənilir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri