20 
Okt
2020
15:06
410
23
3068
Virtual karabakh

Bu il MDB ölkələrindən edilən idxalın həcmi üstünlük təşkil edib

20 Okt, 2020
15:06
3068

Bu il MDB ölkələrindən edilən idxalın həcmi üstünlük təşkil edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan 7 min 235 çeşid məhsul idxal edib.

Oxu.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, idxal olunan məhsulların sektorlar üzrə bölgüsündə dövlət sektoru idxalın 17,05 faizini, özəl sektor 73,74 faizini, fiziki şəxslər 9,21 faizini təşkil edib.

Dövlət sektoru üzrə idxal olunan məhsulların dəyəri 1 milyard 334,2 milyon dollar, özəl sektor üzrə 5 milyard 769,1 milyon dollar, fiziki şəxslər üzrə 720,1 milyon dollar olub.

Belə ki, MDB ölkələrindən idxal olunan məhsulların ümumi dəyəri 1 milyard 988,4 milyon dollar, Avropa İttifaqı ölkələrindən 1 milyard 847,7 milyon dollar, digər ölkələrdən idxal olunan məhsulların ümumi dəyəri isə 3 milyard 987,3 milyon dollarını təşkil edib.

İdxal əməliyyatları həcminin ən yüksək həddi sentyabr ayında qeydə alınıb, cari ayda idxal olunan məhsulların dəyəri 1 milyard 132,5 milyon dollar olub. Əməliyyatların həcminin ən aşağı həddi isə yanvar ayında müşahidə olunub və bu ayda 721,1 milyon dollar dəyərində məhsul idxal olunub.

Humanitar yük, təmənnasız kömək və texniki yardım məqsədli idxal edilmiş məhsulların dəyəri isə 36,5 milyon dollar həcmində olub.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri