20 
Okt
2020
13:42
647
13
1832
Virtual karabakh

Tapqaraqoyunluda qaz təchizatının bərpasına başlanılır

20 Okt, 2020
13:42
1832

Tapqaraqoyunluda qaz təchizatının bərpasına başlanılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəbhə zonasında yaranmış gərgin vəziyyətlə əlaqədar təhlükəsizlik tədbiri olaraq 27 sentyabr tarixindən qaz təchizatı dayandırılan Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində bu gün baş vermiş fəsadların ləğvi ilə bağlı təmir-bərpa işlərinə başlanılacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Oktyabrın 17-də düşmənin raket zərbələrinə məruz qoyduğu Gəncə şəhərindəki ərazilərdə də qaz təchizatının bərpa işləri aparılır.

Xatırladaq ki, ümumilikdə 150 abonentin qazla təminatı məhdudlaşdırılmışdı. Hazırda 100 abonentdən 88-nin qaz təchizatı bərpa edilib, qalan 12 abonentdən beşinin fərdi yaşayış evləri tamamilə dağılıb, ünvan yoxdur, yeddi abonentin fərdi yaşayış evlərinin isə konstruktiv elementləri yararsız vəziyyətə düşüb.

Yerdə qalan 50 abonentin qazla təminatı məsələləri bu gün nəzərdən keçiriləcək. İlkin mərhələdə məlum olub ki, bu 50 abonentdən dördünün fərdi yaşayış evi tamamilə dağılıb və artıq ünvan yoxdur.

Tərtər rayonu üzrə 30 kəndin (6316 abonent) qaz təchizatı bərpa edilib, Tərtər şəhəri və 21 kənddə isə hələlik məhdudiyyət qalmaqdadır. Ağcabədi rayonu üzrə 25 yaşayış məntəqəsi, Ağdam rayonu üzrə isə 14 yaşayış məntəqəsinin qaz təchizatı bərpa olunub. Yerdə qalanlarında təhlükəsizlik tədbirləri və ya təmir-bərpa işlərinin hələlik aparılması mümkün olmadığından məhdudiyyət tətbiq edilib.

Onu da qeyd edək ki, Füzuli, Beyləqan və Bərdə rayonları tam olaraq qazla təmin olunur.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri