20 
Okt
2020
15:25
74
309
2002
Virtual karabakh

Ölkədə 134 qaçaqmalçılıq faktı aşkar edilib

20 Okt, 2020
15:25
2002

Ölkədə 134 qaçaqmalçılıq faktı aşkar edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cari ilin yanvar-sentyabr ayları ərzində aşkar edilmiş cinayət xarakterli gömrük hüquqpozmaları məlum olub.

Oxu.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, müvafiq dövrdə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 87 cinayət faktı aşkar edilib.

Həmçinin, 134 qaçaqmalçılıq faktı, 14 gömrük ödənişlərinin ödənilməsindən yayınma faktı, eyni zamanda, aksiz markası ilə markalanmalı olan malları marka olmadan idxal etmə faktı və digər cinayət xarakterli 249 fakt qeydə alınıb.

Bu cinayət xarakterli əməlləri törədən şəxslərin sayı 405 nəfər kimi müəyyən edilib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri