20 
Okt
2020
16:24
364
18
1404
Virtual karabakh

Qeyri-neft-qaz sektoruna daxil 1,3 milyard dollarlıq mal ixrac edilib

20 Okt, 2020
16:24
1404

Qeyri-neft-qaz sektoruna daxil 1,3 milyard dollarlıq mal ixrac edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan 2020-ci ilin ilk ayı ərzində 1 milyard 282,4 milyon dollar dəyərində neft-qaz sektoruna daxil olmayan mal ixrac edib.

Oxu.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsəsən, ixrac edilən malların əksəriyyətini meyvə-tərəvəz təşkil edib, bu məhsulların ixrac həcmi 387,3 milyon ton, onların ümumi dəyəri isə 402,1 milyon dollar olub.

Həmçinin, ölkədən 155 milyon ton həcmində tomat ixrac edilib ki, bunun ümumi dəyəri 167,8 milyon dollar olub. Eyni zamanda, ölkədən 69,2 milyon dollar dəyərində 11,4 milyon ton meşə fındığı, 15,8 milyon dollar dəyərində 37,6 milyon ton alma, 15,7 milyon dollar dəyərində 20,1 ton həcmində xurma, 6,7 milyon dollar dəyərində 980 min ton həcmində çay ixrac edilib.

Eləcə də, 17,3 milyon dollar dəyərində 17,7 ton bitki, heyvan mənşəli piylər, yağlar və 12,4 milyon dollar dəyərində 29,3 milyon ton şəkər ixrac olunub. 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri