20 
Okt
2020
18:42
338
21
2893
Virtual karabakh

Kredit müraciətlərinə dair müasir tələblər müzakirə edilib

20 Okt, 2020
18:42
2893

Kredit müraciətlərinə dair müasir tələblər müzakirə edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

KOB-ların maliyyə resurslarına çıxış imkanlarına dair bankların iştirakı ilə vebinar keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən verilən məlumatda vurğulanıb ki, biznes planların düzgün hazırlanması, maliyyənin idarə edilməsi və hesabatlığın təmin olunması, KOB-ların maliyyə savadlığının artırılması mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışının yaxşılaşdırılması baxımından əhəmiyyətlidir.

Agentliyinin Bakı KOB İnkişaf Mərkəzinin təşkilatçılığı, müxtəlif bankların kredit və satış departamentlərinin rəhbərlərinin iştirakı ilə keçirilmiş vebinar da məhz bu mövzuya həsr olunub.

Onlayn tədbirdə KOB subyektlərinin maliyyə resurslarına çıxışı, KOB-lar üçün mövcud maliyyə alətləri, kredit müraciətlərinə dair müasir tələblər, müvafiq istiqamətdə banklar və KOB-lar arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

Maliyyə resurslarına çıxışla bağlı KOB inkişaf mərkəzlərində göstərilən dəstək və xidmətlərin kredit müraciətləri zamanı KOB-larla yanaşı, bankların işini də asanlaşdıracağı vurğulanıb, banklar KOB inkişaf mərkəzləri ilə fəal əməkdaşlığa dəvət olunub.

Qeyd edək ki, KOB inkişaf mərkəzləri hazırda Bakı, Sumqayıt və Xaçmaz şəhərlərində fəaliyyət göstərir və bu mərkəzlərdə KOB subyektlərinə və öz biznesini qurmaq istəyən şəxslərə ödənişsiz təlim-tədris xidmətləri təqdim olunur.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri