21 
Okt
2020
12:00
29
247
798
Virtual karabakh

BMT 2020-ci ildə dünya ticarətində 7-9 faiz azalma proqnozlaşdırır

Koronavirus pandemiyası səbəbindən 2020-ci ildə qlobal ticarətdə azalma keçən ilə nisbətən 7-9 faiz təşkil edəcək.

Sözügedən proqnoz Birləşmiş Millətlər Ticarət və İnkişaf Konfransı (UNCTAD) tərəfindən verilib.

“2020-ci ilin üçüncü rübünün sonunda dünya ticarətində keçən ilin eyni dövrünə nisbətən beş faiz azalma qeydə alınıb. Eyni zamanda, bu nəticə enişin 19 faizə çatdığı ikinci rübə nisbətən xeyli yaxşıdır”, - deyə mütəxəssislər izah edirlər.

Bildirilir ki, dördüncü rübün ilkin proqnozlarına görə qlobal ticarət qırmızı zonadan çıxa bilməyəcək və 2019-cu ilin dördüncü rübünə nisbətən 3 faiz aşağı olacaq.

UNCTAD Çin ticarətində nəzərəçarpacaq canlanmaya diqqət çəkir: 

“Pandemiyanın ilk aylarında azalma yaşayan bu ölkənin ixracı ikinci rübdə sabitləşdi və üçüncü rübdə güclü bir şəkildə artdı”.

Mütəxəssislər hesab edirlər ki, Çin üçün ticarət artım nisbətləri 2020-ci ilin sonuna qədər təxminən 10 faiz olacaq:

“Digər böyük iqtisadiyyatlardan fərqli olaraq, Çin idxalı iyul və avqust aylarında sabitləşdi və sentyabr ayında 13 faiz artdı”.

Koronavirusla mübarizə ilə əlaqəli tibbi ləvazimat ticarəti aprel ayından bəri orta hesabla 50 faizdən çox artıb. Bu artımdan adambaşına yüksək gəliri olan ölkələrin daha çox qazandığı qeyd edilir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri