21 
Okt
2020
13:27
158
8
817
Virtual karabakh

KOBİA-nın Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi beynəlxalq assosiasiyaya üzv oldu

21 Okt, 2020
13:27
817

KOBİA-nın Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi beynəlxalq assosiasiyaya üzv oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi dövlət-özəl sektor tərəfdaşlığı (DÖST) sahəsində ixtisaslaşmış təşkilatlardan olan Ümumdünya DÖST Qurumları və Peşəkarları Assosiasiyasına (WAPPP) üzv qəbul edilib. 

KOBİA-dan verilən məlumata görə, WAPPP dünyanın müxtəlif ölkələrindən olan DÖST sahəsində fəaliyyət göstərən və ya əlaqəli olan təşkilatları və fərdi mütəxəssisləri birləşdirən beynəlxalq qeyri-hökumət təşkilatıdır.

Assosiasiyanın başlıca məqsədi keyfiyyətli DÖST xidmətlərini təmin etmək üçün maarifləndirmə işləri aparmaq, bu sahədə fəaliyyət göstərən qurumlar arasında institusional şəbəkəni yaratmaq, onları dəstəkləməkdir.

WAPPP üzvlərinə müxtəlif təlimlər, məsləhət xidmətləri, kommunikasiya, təcrübə və məlumat mübadiləsi, digər resurslara çıxış imkanları təmin edir, texniki yardım və maliyyələşmə mənbələrindən istifadə imkanını dəstəkləyir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri