21 
Okt
2020
13:34
224
28
1566
Virtual karabakh

ECO CCI üzvləri arasında ticari prosedurların sadələşdirilməsi təklif edilib

21 Okt, 2020
13:34
1566

ECO CCI üzvləri arasında ticari prosedurların sadələşdirilməsi təklif edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadi Əməkdaşlıq Təşkilatı Ticarət və Sənaye Palatasının 18-ci Baş Assambleyası keçirilib.

Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasından verilən məlumata əsasən, oktyabrın 19-da keçirilən iclasda Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov iştirak edib.

Məlumatda bildirilir ki, ECO CCI-a üzv olan ticarət və sənaye palatalarının nümayəndələrinin təmsil olunduğu tədbirdə ECO CCI-ın Baş katibi Adem Kula, Türkiyə Odalar və Borsalar Birliyinin prezidenti Rifat Hisarcıklıoğlı, İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Hadi Suleimanpour və Pakistan Ticarət və Sənaye Palataları Federasiyasının prezidenti Mian Anjum Nisar son günlər ölkəmizdə Ermənistan silahlı qüvvələri tərəfindən törədilən aqressiya aktlarını pisləyib və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan ediblər.

Tədbirdə çıxış edən ASK-nın vitse prezidenti Vüqar Zeynalov Azərbaycanın haqlı mübarizəsində göstərilən dəstəyə görə görüş iştirakçılarına təşəkkürünü bildirib. V.Zeynalov 27 sentyabrdan başlayaraq hazırkı dövrə qədər baş vermiş bütün aqressiya aktları, eləcə də, Gəncə şəhərinə  terror hücumları barədə qonaqlara geniş məlumat verib. O, bu dövr ərzində Azərbaycan sahibkarlarının dövlətimizin yanında olduğunu bir daha vurğulayıb.

Daha sonra tədbirdə çıxış edən nümayəndələr təşkilata üzv dövlətlər arasında pandemiya səbəbindən bir sıra məhdudiyyətlərin tətbiq edildiyini, bunun da öz növbəsində ticarətə mənfi təsir göstərdiyini bildiriblər.

Təklif olunub ki, quruma üzv olan ölkələr arasında ticarətin sadələşdirilməsi üçün müvafiq prosedurlar sadələşdirilməsin, sektorlar üzrə qarşılıqlı əlaqələr dərinləşdirilsin, kənd təsərrüfatı, enerji və digər sahələrdə birgə müəssisələrin yaradılması istiqamətində səylər artırılsın.

Eyni zamanda, post-pandemiya dövründə sektorlar üzrə mövcud vəziyyətin dəyərləndirilməsi məqsədilə ECO CCI tərəfindən İşçi qrupun yaradılmasının planlaşdırıldığı bildirilib.

Görüş zamanı, özəl sektorun və investisiya yatırımlarının təşviqi məqsədilə üzv dövlətlər arasında viza rejiminin ləğvinin önəmi də qeyd olunub.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri