21 
Okt
2020
17:22
708
89
2905
Virtual karabakh

SOCAR Gürcüstan yeni qazpaylayıcı xəttin əsasını qoyub - FOTO

21 Okt, 2020
17:22
2905

SOCAR Gürcüstan yeni qazpaylayıcı xəttin əsasını qoyub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabrın 21-də Gürcüstanın Kvemo-Kartli regionunda azərbaycanlıların kompakt şəkildə yaşadığı İlməzli kəndinə SOCAR Georgia Gas MMC tərəfindən çəkiləcək qazpaylayıcı xəttin əsası qoyulub.

SOCAR-dan Oxu.Az-a verilən məlumata əsasən, Təməlqoyma mərasimində SOCAR prezidenti Rövnəq Abdullayev, Kvemo-Kartlinin qubernatoru Şota Rekviaşvili, Marneuli şəhərinin meri Zaur Darğallı, Gürcüstanın iqtisadi inkişaf nazirinin müavini David Tvalabeişvili iştirak ediblər.

Mərasimdə qeyd olunub ki, SOCAR-ın sərmayəsi ilə tikiləcək 13 145 metrlik şəbəkə bir sıra yaxın yaşayış məntəqələrini əhatə edəcək və potensial olaraq 227 abonentin təbii qazla təminatı üçün imkan yaradacaq.

SOCAR Georgia Gas MMC 2020-ci il ərzində 13-ü Kvemo-Kartlidə, 2-si Msxeta-Mtianetidə olmaqla 15 yaşayış məntəqəsində qazpaylayıcı şəbəkənin tikntisini tamamlamağı planlaşdırır.

Ümumi uzunluğu 129 kilometr olacaq bu şəbəkənin tikintisi başa çatdırıldıqdan sonra daha 2483 potensial abonent qazla təmin olunacaq.

Gürcüstan əhalisinin böyük hissəsi azərbaycanlılardan ibarət olan Marneuli bələdiyyəsində bu vaxtadək 26 247 abonenti əhatə edən 784 kilometr uzunluğunda qaz kəməri çəkilib. Azərbaycanlıların yaşadığı bu məntəqələrə qaz xətti əsasən SOCAR-ın sərmayəsi ilə inşa olunur. 78 yaşayış məntəqəsindən 60-ı artıq qazlaşdırılmışdır.

Plana uyğun olaraq, 2020-ci ildə daha 7 kənddə 1111 abonent üçün ümumi uzunluğu 7,3 kilometr olan qaz kəmərləri çəkilir. Marneuli üzrə qazlaşdırmanın səviyyəsi 80,2 faiz təşkil edir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri