22 
Okt
2020
14:49
663
26
3336
Virtual karabakh

Cəbhə bölgəsində fəaliyyət göstərən vergi ödəyicilərinə tətbiq edilən maliyyə sanksiyaları ləğv edilib - FOTO

22 Okt, 2020
14:49
3336

Cəbhə bölgəsində fəaliyyət göstərən vergi ödəyicilərinə tətbiq edilən maliyyə sanksiyaları ləğv edilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Caspian Energy Club” Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin iştirakı ilə “Online B2G Forum” təşkil edib.

Dövlət Vergi Xidmətindən verilən məlumata əsasən, forum çərçivəsində COVID-19 pandemiyası dövründə yerli və xarici şirkətlərin rəhbər və nümayəndələrinin sual və təklifləri müzakirə olunub.

“Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev bildirib ki, yalnız güclü iqtisadiyyatı olan ölkə güclü orduya malik ola bilər.

Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasəti nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrinin işğal olunması, işğalçı ölkənin Azərbaycana qarşı hərbi təxribatları, ölkəmizin ərazi bütövlüyünün qorunması üçün aparılan əks-hücum əməliyyatı barədə məlumat verib.

Bildirilib ki, Dövlət Vergi Xidməti tərəfindən cəbhəyanı ərazilərdə fəaliyyət göstərən vergi ödəyiciləri üzrə maliyyə sanksiyalarının tətbiq edilməsini nəzərdə tutan qərarların tam şəkildə ləğv edildiyi diqqətə çatdırılıb.

S.Musayeva tədbirin əsas məqsədinin koronavirus pandemiyasının iqtisadiyyata və biznes strukturlarına təsirləri, əsas iqtisadi prioritetlər, iş adamlarının mövcud şəraitdə qarşılaşdıqları məsələlərin müzakirəsi olduğunu bildirib. Qeyd olunub ki, hazırda iqtisadi aktivliyin bərpa edilməsi, sahibkarlıq subyektlərinin fəaliyyətinin tədricən normal məcraya qaytarılması üçün dövlət tərəfindən müvafiq tədbirlər görülür.

Qeyd edək ki, sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb.

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri