23 
Okt
2020
16:08
453
27
1530
Virtual karabakh

Mikayıl Cabbarov Latviyanın Azərbaycandakı səfiri ilə görüşüb - FOTO

23 Okt, 2020
16:08
1530

Mikayıl Cabbarov Latviyanın Azərbaycandakı səfiri ilə görüşüb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadiyyat naziri Mikayıl Cabbarov Latviyanın Azərbaycandakı səfiri Daynis Qarançs ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, görüşdə Azərbaycanla Latviya arasında əlaqələrin genişləndirilməsinin önəmi vurğulanıb, qarşılıqlı rəsmi səfərlərin və keçirilən görüşlərin əməkdaşlığın inkişafında rolu qeyd edilib.

Bildirilib ki, ölkələrimiz iqtisadiyyatın bir sıra istiqamətləri üzrə səmərəli əməkdaşlıq edir. Ticarət əlaqələrinin şaxələndirilməsi və artırılması da prioritet istiqamətlərdəndir. Bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün yeni mexanizmlər tətbiq olunur.

Belə ki, Latviyanı da əhatə etməklə Mərkəzi Avropanın 10 ölkəsi üzrə Azərbaycan Ticarət nümayəndəliyi və Riqada “Azərbaycan Ticarət Evi” fəaliyyət göstərir. Bununla yanaşı, iki ölkənin iş adamları arasında çoxsaylı biznes forumlar, işgüzar görüşlər keçirilib, Riqaya ixrac missiyası təşkil olunub. Azərbaycan Latviya ilə həmçinin, Avropa İttifaqının Tvinninq aləti çərçivəsində də uğurlu əməkdaşlıq edir.

Mikayıl Cabbarov Ermənistanın ölkəmizə qarşı işğalçı siyasəti və bu ilin sentyabrın 27-dən Azərbaycana qarşı növbəti təxribatlara başlaması, günahsız mülki əhaliyə və mülki obyektlərə raket zərbələri endirərək törətdiyi terror və müharibə cinayətləri, Avropanın enerji təhlükəsizliyində önəmli rola malik boru kəmərlərini zədələmək cəhdləri barədə məlumat verib.

Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyət istiqamətlərini qeyd edən İqtisadiyyat naziri post-pandemiya dövründə Latviya ilə qarşılıqlı investisiya qoyuluşlarının artırılmasının əhəmiyyətini, nəqliyyat, kənd təsərrüfatı, dövlət-özəl tərəfdaşlığı, əczaçılıq, turizm, rəqəmsal iqtisadiyyat sahələrində əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

Bildirilib ki, həm Azərbaycan, həm də Latviya, Avropa ilə Asiya arasında tranzit yükdaşımalarında mühüm yer tutur. Hər iki ölkədə inkişaf etmiş nəqliyyat infrastrukturunun mövcudluğu bu sahədə əməkdaşlığın genişləndirilməsinə yaxşı perspektivlər vəd edir. Görüşdə həmçinin, Latviya şirkətləri Ələt azad iqtisadi zonasının potensialından yararlanmağa dəvət edilib.

Səfir Daynis Qarançs Latviyanın Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini qeyd edib.

Azərbaycanda fəaliyyətindən məmnunluğunu ifadə edən səfir iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb, ölkəsinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası üzrə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

Görüşdə iqtisadi-ticarət əməkdaşlığının inkişafı və digər məsələlər müzakirə edilib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri