26 
Okt
2020
12:51
463
28
2235
Virtual karabakh

AYİB Azərbaycanın qida istehsalçısına 7 milyon manat kredit ayırıb

“Veysəloğlu Şirkətlər Qrupu”na Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən 7 milyon manat dəyərində kredit ayrılıb.

Oxu.Az-ın bankın rəsmi saytından əldə etdiyi məlumata əsasən, şirkətin müraciəti 22 oktyabr tarixində təsdiq edilib.

Belə ki, şirkətlər qrupu dövriyyə kapitalı tələblərinin və likvidlik ehtiyaclarının maliyyələşdirilməsi üçün 7 milyon AZN (3,5 milyon avro) məbləğində yerli valyutada birinci dərəcəli kredit ayrılıb.

Kredit likvidlik və dövriyyə kapitalı ehtiyacları yarandığı təqdirdə istifadə olunacaq ehtiyat kreditidir.

Layihə COVID-19 və onunla əlaqədar təsirlər naməlum vaxta uzandığı təqdirdə şirkətlər qrupunun dövriyyə kapitalı və likvidlik tələblərinin qarşılanması üçün maliyyələşdirmənin təmin olunmasından ibarətdir.

Bu layihə Bankın COVID-19 pandemiyasına cavabı nöqteyi-nəzərindən təsdiq edilib. 

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri