26 
Okt
2020
15:14
31
516
4228
Virtual karabakh

Ermənistan tərəfindən əmanətlərlə bağlı kiber təxribat qeydə alınıb - FOTO

26 Okt, 2020
15:14
4228

Ermənistan tərəfindən əmanətlərlə bağlı kiber təxribat qeydə alınıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmanətlərin Sığortalanması Fondu adından saxta məktublar göndərilir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata əsasən, Nazirliyin Elektron Təhlükəsizlik Xidməti Ermənistan tərəfinin kiber mühitdə növbəti uğursuz təxribatını qeydə alıb.

Belə ki, vətəndaşlara elektron poçt üzərindən göndərilən saxta məktublarda guya 1 noyabr 2020-ci il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətinin dayandırılacağı və fond vəsaitlərinin dövlətin hərbi ehtiyaclarına, düşmənin tam məğlubiyyətinə yönləndiriləcəyi qeyd olunur.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara bildirir ki, bu məlumatlar həqiqəti əks etdirmir və təxribat xarakteri daşıyır. Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etsinlər.

Həmçinin bu kimi hallarla üzləşdiklərində, “1654” qaynar xətti, www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri