26 
Okt
2020
17:09
368
23
1306
Virtual karabakh

“Sosial sahibkarların beynəlxalq onlayn Forumu” ilk dəfə Azərbaycanda keçiriləcək

Azərbaycan ilk dəfə “Sosial sahibkarların beynəlxalq onlayn Forumu”na ev sahibliyi edəcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən verilən məlumata əsasən, Forumun məqsədi sosial inkişaf üçün sosial sahibkarlığın innovativ vasitə olduğunu diqqətə çatdırmaq və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsidir.

Forum, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı və “Education HUB”ın təşkilatçılığı ilə keçiriləcək.  

Onlayn tədbir zamanı iştirakçılar ABŞ, Azərbaycan, Almaniya, Ukrayna, Gürcüstan və s. ölkələrin sosial sahibkarlıq təcrübəsi, bu sahədə qanunvericilik ilə tanış olacaq, həmin ölkələrdən olan sosial sahibkarların uğur hekayələrini eşidəcəklər.

Eyni zamanda forumda davamlı inkişaf üçün sektorlararası əməkdaşlıq imkanları müzakirə olunacaq. Tədbir gənclər arasında sosial dəyər və sosial sahibkarlıq düşüncə tərzinin formalaşmasına, onların öz sosial bizneslərinin yaradılmasına və yeni innovativ həllər gətirməsinə dəstək verəcək.

Onlayn forum barədə ətraflı məlumat üçün “Education HUB” şirkətinə müraciət etmək olar.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri