27 
Okt
2020
16:16
551
21
1669
Virtual karabakh

KOB könüllüləri “Əsgərə məktub” layihəsinə qoşulub - FOTO

27 Okt, 2020
16:16
1669

KOB könüllüləri “Əsgərə məktub” layihəsinə qoşulub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

KOB könüllüləri “Əsgərə məktub” layihəsinə qoşulub.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən verilən məlumata görə, KOBİA könüllüləri Azərbaycan ordusuna mənəvi dəstək məqsədilə “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsinə qoşulub.

Ölkənin 21 şəhər və rayonunda fəaliyyət göstərən “KOB Dostu” ofislərinin və Xaçmaz KOB evinin 50-yə yaxın könüllüsü “ASAN xidmət” mərkəzlərindən və www.esgeremektub.az saytından istifadə etməklə Azərbaycan əsgərlərinə məktublar göndəriblər.

“KOB könüllüləri”nin məktublarında əsgərlərimizin Vətənimizin ərazi bütövlüyü uğrunda apardığı mübarizədən, işğaldan azad olunmuş şəhər və kəndlərimizdə üçrəngli bayrağımızın dalğalanmasından fəxrlə bəhs edilir, tarix yazan müzəffər Azərbaycan ordusunun mənfur düşmənə qarşı göstərdiyi rəşadətə görə minnətdarlıq ifadə olunur.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri