27 
Okt
2020
16:37
367
25
1635
Virtual karabakh

İqtisadiyyata kredit qoyuluşlarının həcmi artıb

27 Okt, 2020
16:37
1635

İqtisadiyyata kredit qoyuluşlarının həcmi artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci ilin sentyabr ayında iqtisadiyyata kredit qoyuluşlarının həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə artıb.

Oxu.Az-ın Mərkəzi Bankın pul-kredit statistikasına əsasən verdiyi məlumata görə, cari il kredit qoyuluşlarının həcmi 14 milyard 873,7 milyon manat olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 630 milyon manat çoxdur.

Kredit qoyuluşlarının 2 milyard 642 milyon manatı və ya 17,8 faizi dövlət bankları, 11 milyard 855 milyon manatı və ya 79,7 faizi özəl banklar tərəfindən, həmçinin, ümumi kredit qoyuluşlarının 2,5 faizi və ya 376,6 milyon manatı qeyri-bank kredit təşkilatları tərəfindən təmin edilib.

O cümlədən, bu kreditlərin 10 milyard 211,3 milyon manatı milli valyutada olan kreditlər, 4 milyard 662,3 milyon manatını xarici valyutada olan kreditlər təşkil edib.

Qeyd edək ki, özəl banklar tərəfindən kredit qoyuluşunun 22,2 faizi və ya 3 milyard 304,8 milyon manatı xarici kapitallı özəl banklar tərəfindən, 6,8 faizi və ya 1 milyard 7,6 milyon manatı 100 faizli xarici kapitallı özəl banklar tərəfindən təşkil edilib.

Həmçinin, bu il cəmi kredit qoyuluşunun 1 milyard 69,5 milyon manatını vaxtı keçmiş kreditlər təşkil edib ki, ötən ilin eyni dövrünə nisbətən 373,4 milyon manat az olub.    

Qeyd edək ki, 2019-cu ilin sentyabrında iqtisadiyyata qoyulan kreditlərin həcmi 14 milyard 243 milyon manat olub. Ötən ilin eyni dövründə vaxtı keçmiş kreditlərin həcmi 1 milyard 442,9 milyon manat təşkil edib.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri