27 
Okt
2020
18:55
1471
44
7338
Virtual karabakh

Türkiyəyə qarşı boykot və sanksiyaların heç bir ciddi perspektivi olmayacaq

Türkiyə dünyanın 20 ən böyük iqtisadiyyatına malik ölkələrindən biridir. Alıcılıq Qabiliyyəti Pariteti ilə Türkiyənin iqtisadiyyatı 1 trilyon dollara yaxınlaşır.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı deyib. 

O bildirib ki, heç bir ölkə Türkiyənin məhsullarını boykot etməkdən danışa bilməz. Bu, baş verdiyi halda həmin ölkə böyük ziyanla qarşılaşacaq:

“Türkiyəyə qarşı boykot və sanksiyaların heç bir ciddi təsirini və perspektivini görmürəm. Qısa müddətdə bunun müəyyən təsiri ola bilər, lakin, orta və uzunmüddətli dönəmdə ciddi təsiri yoxdur. 

Eyni zamanda, Türkiyənin bu gün Azərbayanın yanında olmasını nəzərə alaraq, “bir millət, iki dövlət” olmağımızı nəzərə alaraq Azərbaycan investorlarına səslənirəm ki, mümkün qədər belə məqamlarda Türkiyə məhsullarını daha çox müraciət etsinlər, Türkiyə məhsullarına investisiya qoysunlar və Türkiyə investisiyalarının ölkəlyə daxil olmasına daha çox imkan yaratmalıdırlar”.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri