29 
Okt
2020
09:47
193
22
2754
Virtual karabakh

13 dövlət əmlakı olan nəqliyyat vasitələri özəlləşdirilib

29 Okt, 2020
09:47
2754

13 dövlət əmlakı olan nəqliyyat vasitələri özəlləşdirilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac təşkil olunub.

Dövlət Xidmətindən verilən məlumata əsasən, hərracda 13 dövlət əmlakı (nəqliyyat vasitələri) özəlləşdirilib.

Növbəti hərrac 24 noyabr tarixində təşkil ediləcək. Hərraca 5 dövlət əmlakı (nəqliyyat vasitələri) çıxarılacaq. 

Hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. İştirak etmək istəyən şəxslərin seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb.

Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər xidmətin rəsmi saytına və ya özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri