29 
Okt
2020
13:15
639
25
1888
Virtual karabakh

Yaponiyalı səfir: “Xalqımız Azərbaycanın mövqeyindən xəbərdardır”

29 Okt, 2020
13:15
1888

Yaponiyalı səfir: “Xalqımız Azərbaycanın mövqeyindən xəbərdardır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərenerji”nin rəhbəri ilə Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada görüşüb.

“Azərenerji” ASC-dən verilən məlumata əsasən, görüşdə Yaponiya ilə Azərbaycan enerji sistemləri arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri, həmçinin, Yaponiya Dövlət Agentliyi JİCA-nın dəstəyi ilə həyata keçirilən layihələr müzakirə edilib.

O cümlədən, Yaşmada özəl investisiya hesabına yeni elektrik stansiyasının tikilməsi layihəsi ətrafında müzakirələr aparılıb və səfir bildirib ki, bərpa olunan enerji mənbələri, kiçik su elektrik stansiyalarının tikintisi də Yaponiya şirkətlərinin maraq dairəsindədir.

Həmçinin, Qarabağ cəbhəsində baş verənlər, mülki əhalinin atəşə tutulması ilə bağlı fikir mübadiləsi aparılıb. Səfir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Yaponiyanın nüfuzlu mətbuat orqanlarından olan “Nikkei” qəzetinə müsahibəsi nəşrin birinci səhifəsində dərc edilib və bütün Yapon xalqı Azərbaycanın mövqeyindən xəbərdardır.

Bununla yanaşı səfir hazırda regionda baş verənlərlə bağlı ətraflı məlumatları hökumətlərinə çatdırdıqlarını da qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri