29 
Okt
2020
14:10
1317
22
2828
Virtual karabakh

Türkiyədən Azərbaycana idxalın həcmi 45 faiz artıb - FOTO

29 Okt, 2020
14:10
2828

Türkiyədən Azərbaycana idxalın həcmi 45 faiz artıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci ilin sentyabr ayı ərzində Türkiyədən Azərbaycana idxal edilən məhsulların həcmi 44,7 faiz artıb.

Oxu.Az-ın Türkiyənin İqtisadiyyat Nazirliyindən əldə etdiyi məlumata əsasən, sentyabr ayı ərzində Azərbaycan Türkiyədən 236 milyon dollar dəyərində məhsul idxal edib.

Bu göstərici 2019-cu ilin sentyabr ayı ilə müqayisədə 73 milyon dollar və ya 44,7 faiz çox olub.

Türkiyənin qonşu ölkələrə ixrac etdiyi məhsullarının həcminə görə tərtib edilən siyahısında Azərbaycan 3-cü ölkədir. Bu siyahıya əsasən, ən çox artım Azərbaycana ixrac edilən məhsulların həcmində qeydə alınıb.

Hesabata əsasən, il ərzində Türkiyədən 1 milyard 492 milyon ABŞ dolları həcmində məhsul idxal edib. Bu da ötən ilə nisbətən 20,3 faiz çox olub.  

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri