29 
Okt
2020
15:21
795
28
4428
Virtual karabakh

“Made in Azerbaijan” brendinin təşviqinə dair daha bir addım - FOTO

29 Okt, 2020
15:21
4428

“Made in Azerbaijan” brendinin təşviqinə dair daha bir addım - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyi arasında videokonfrans formatında görüş keçirilib.

Bu barədə AZPROMO məlumat verib.

Bildirilib ki, görüşdə ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, “Made in Azerbaijan” brendinin təşviqi və Azərbaycan məhsullarının xarici bazarlarda tanıdılması istiqamətində görülən işlər barədə məlumat verilib, iqtisadi tərəfdaşlığın genişləndirilməsində Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinin səmərəli fəaliyyəti vurğulanıb.

Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov Azərbaycanda uğurlu iqtisadi siyasətin həyata keçirildiyini, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması sahəsində həyata keçirilən islahatların əhəmiyyətini qeyd edib, iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikirlərini bölüşüb.

Görüşdə iqtisadi tərəfdaşlığın inkişafı istiqamətləri, investisiya qoyuluşu, birgə müəssisələrin yaradılması və digər məsələlər müzakirə edilib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri