30 
Okt
2020
16:28
394
42
10108
Virtual karabakh

Təhsil Nazirliyi yeni noutbuklar alır

30 Okt, 2020
16:28
10108

Təhsil Nazirliyi yeni noutbuklar alır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi 6,7 milyon manat dəyərində noutbukların alışını həyata keçirəcək.

Oxu.Az-ın dövlət elektron satınalmaları portalından əldə etdiyi məlumata əsasən, Təhsil Nazirliyi noutbukların satınalınması üzrə elan etdiyi açıq tenderə yekun vurub.

Nazirliyin müvafiq İdarəsi ilə “BestComp Group” MMC arasında 6 milyon 657 min 147 manat dəyərində müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkət nazirliyi tələb olunan sayda noutbuklarla təmin edəcək.

Qeyd edək ki, İT şirkəti olan “BestComp Group” şirkəti 1995-ci ildən fəaliyyət göstərir və dünyanın 50-dən artıq informasiya texnologiyaları istehsalçısının rəsmi tərəfdaşıdır. 

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri