17 
Noy
2020
17:54
518
108
3381
Virtual karabakh

Ölkədə 106 min yeni iş yeri açılıb

17 Noy, 2020
17:54
3381

Ölkədə 106 min yeni iş yeri açılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci ilin doqquz ayı ərzində ölkədə 106,2 min yeni iş yerləri açılıb.

Oxu.Az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu dövrdə yaradılmış iş yerlərinin 49,1 faizi qeyri-dövlət sektorunda açılıb.

Yeni iş yerlərinin 68,3 faizi Bakı şəhərinin, 0,9 faizi Naxçıvan Muxtar Respublikasının, 30,8 faizi digər regionların və rayonların payına düşüb.

Yeni açılmış iş yerlərinin 6 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 72,5 faizi mövcud müəssisə və təşkilatlarda, 0,3 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 21,2 faizi isə digər tədbirlər üzrə yaradılıb.

Bununla yanaşı, 2020-ci ilin doqquz ayı ərzində ölkədə 17,9 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 26,8 faizi qeyri-dövlət sektorunun payına düşüb.

İş yerlərinin 16,6 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 83,4 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri