18 
Noy
2020
14:30
220
16
3085
Virtual karabakh

Daha 7 dövlət əmlakı özəlləşdirilib

18 Noy, 2020
14:30
3085

Daha 7 dövlət əmlakı özəlləşdirilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti özəlləşdirmə hərracı təşkil olunub.

Komitədən verilən məlumata əsasən, hərracda 7 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 2-si kiçik dövlət müəssisəsi, 5-i isə nəqliyyat vasitəsidir.

Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri Göygöl və Qəbələ rayonlarında yerləşir.

Məlumatda bildirilib ki, hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. İştirak etmək istəyən şəxslər seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb.

Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə hərracları qeydiyyatsız formada izləyə də bilərlər. 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri