19 
Noy
2020
14:50
367
15
1806
Virtual karabakh

İşğaldan azad edilmiş ərazilərdə gələcək biznes imkanları müzakirə edilib

19 Noy, 2020
14:50
1806

İşğaldan azad edilmiş ərazilərdə gələcək biznes imkanları müzakirə edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Sahibkarlar Konfederasiyası “Azərbaycanın sosial və iqtisadi inkişafının yeni dövrü” mövzusunda iclas keçirib.

Konfederasiyadan verilən məlumata əsasən, Rəyasət Heyətinin “Azərbaycanın sosial və iqtisadi inkişafının yeni dövrü” mövzusuna həsr olunan geniştərkibli iclası bu gün keçirilib. 

Görüşdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın möhtəşəm zəfəri nəticəsində işğaldan azad edilmiş ərazilərdə gələcək biznes imkanları müzakirə edilib və Azərbaycan Sahibkarlar Konfederasiyasının bu ilin yanvar-oktyabr ayları üzrə hesabatı dinlənilib.

İclası Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev açaraq, Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda 44 gün davam edən Vətən Müharibəsində əldə edilən şanlı qələbə münasibətilə iştirakçıları təbrik edib. Bu qürurlu tarixi öz qanları ilə yazan şəhidlərimizin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edilib.

“İndi növbə sahibkarlarındır, işğaldan azad olunan rayonların bərpasında, iqtisadi cəhətdən dirçəldilməsində sahibkarların üzərinə böyük və şanlı vəzifələr düşür”, - deyə M.Musayev qeyd edib.

Azərbaycan Sahibkarlar Konfederasiyasının cari ilin yanvar-oktyabr ayları üzrə fəaliyyətinin hesabatı dinlənilib. 

Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Zakir Nuriyev “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın möhtəşəm zəfəri nəticəsində işğaldan azad edilmiş ərazilərdə gələcək biznes imkanları” haqqında çıxış edib.

Görüşdə Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidentləri Vüqar Abbasov, Zakir Əzimov, Jalə Hacıyeva öz fikirlərini bölüşüblər.

İclas Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyəti adından Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə ünvanlanan müraciətin qəbul olunması ilə öz işini yekunlaşdırıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri