20 
Noy
2020
12:47
244
16
2332
Virtual karabakh

Fermerlərə subsidiyaların ödəniləcəyi tarix açıqlandı

20 Noy, 2020
12:47
2332

Fermerlərə subsidiyaların ödəniləcəyi tarix açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fermerlərə məhsul subsidiyasının ödənilməsinə dekabrın ikinci ongünlüyündə başlanacaq. 

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən, hazırda fermerlərdən təhvil alınan məlumatlar tədarükçülər tərəfindən EKTİS-ə yerləşdirilir.

Bildirilib ki, 2020-ci ildə 99 min 902 hektar sahədən 309 min 267 ton pambıq, 4 min 903 hektar sahədən 213 min 801 ton şəkər çuğunduru və 3 min 144 hektar sahədən 6 min 065 ton quru tütün məhsul yığılıb.

Aqrar Kredit və İnkişaf Agentliyi fermerlərə təhvil verdikləri məhsulla bağlı məlumatların tədarükçü tərəfindən EKTİS-də yerləşdirildiyini dəqiqləşdirməyi tövsiyə edib.

Qaydalara əsasən, tədarükçü tərəf fermerdən hansı məbləğdə nə qədər və hansı məhsulu aldığını təsdiqləyən alqı-satqı müqaviləsini və qəbzləri EKTİS-ə yükləməlidir.

Qeyd edək ki, dövlət tərəfindən fermerlər tədarükçüyə təhvil verdikləri pambığın hər tonuna görə 100 manat, quru tütünün hər tonuna görə 50 manat, yaş tütünün hər tonuna görə 5 manat, şəkər çuğundurunun hər tonuna görə 4 manat subsidiya ödənilir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri