20 
Noy
2020
15:40
150
21
1638
Virtual karabakh

41 dövlət əmlakının özəlləşdiriləcəyi hərracın vaxtı açıqlanıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərracın tarixi açıqlanıb.

Dövlət Xidmətindən verilən məlumata əsasən, növbəti hərrac 15 dekabr tarixində təşkil ediləcək. Hərraca 41 dövlət əmlakı çıxarılacaq.

Bildirilib ki, təşkil edilən hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. İştirak etmək istəyən şəxslərin seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb.

Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər xidmətin rəsmi saytına və ya özəlləşdirmə portalına daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər.

Özəlləşdirməyə çıxarılan əmlakların tam siyahısı ilə linkdə tanış ola bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri