20 
Noy
2020
17:28
160
18
1957
Virtual karabakh

Sahibkarlar üçün nəzərdə tutulan “EY İlin İş Adamı” müsabiqəsinin şərtləri açıqlandı

20 Noy, 2020
17:28
1957

Sahibkarlar üçün nəzərdə tutulan “EY İlin İş Adamı” müsabiqəsinin şərtləri açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

EY (“Ernst & Young”) Azərbaycanın kiçik və orta miqyaslı şirkətlərini “EY İlin İş Adamı™” 2020-2021 müsabiqəsində iştiraka dəvət edir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən verilən məlumata əsasən, namizədlik üçün ərizələrin təqdim edilməsi müddəti 25 dekabr 2020-ci il tarixinədək uzadılıb.

Bildirilib ki, “EY İlin İş Adamı” 2020-2021 proqramı innovativ ideyaları və müvəffəqiyyət qazanmaq istəyi ilə bazarda aparıcı mövqe tutan, cəmiyyətə müsbət təsir göstərən kiçik və orta miqyaslı şirkətlərin və sahibkarların namizədliklərini qəbul edir. 

Müsabiqə üçün tələb olunan şərtlərə gəldikdə isə ilk növbədə bildirilib ki, namizəd və onun təmsil etdiyi şirkət Azərbaycanda fəaliyyət göstərməlidir, şirkətdə ən azı son iki ildə rəhbər vəzifə tutmalıdır və təmsil etdiyi şirkətin dövriyyəsi 300 min manatdan 30 milyon manatadək olmalıdır.

Namizəd son iki il üzrə vergi nəticələrinin izlənilə bilməsini təmin etməli və maliyyə hesabatlarını təqdim edə bilməlidir.

Uyğunluq meyarları ilə bağlı daha ətraflı məlumat almaq və namizədliyi irəli sürmək üçün www.eoy.az saytına daxil ola bilərlər. 

Namizədlər 2021-ci ilin yanvar-fevral aylarında müstəqil münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. “EY İlin İş Adamı” proqramının milli mərhələsinin finalçıları və yekun qalib qala mükafatlandırma mərasimində elan ediləcək. Milli qalib iyun ayında keçiriləcək “EY Dünya üzrə İlin İş Adamı” müsabiqəsində yarışmaq üçün imkan qazanacaq.

Namizədliklər irəli sürülərkən təqdim olunan bütün maliyyə və fərdi məlumatlar məxfi hesab ediləcək və müvafiq olaraq qorunacaq.

Namizədliklərin irəli sürülməsinin ardınca müstəqil münsiflər heyəti tərəfindən uyğunluq meyarlarına cavab verən namizədlər arasından finalçılar və qaliblər seçiləcək. Münsiflər qiymətləndirmələri namizədin liderlik xüsusiyyətləri, yenilikçiliyi, kreativliyi və marketinq bacarığı, sosial məsuliyyət və dayanıqlı inkişafa diqqət kimi müxtəlif amillərə əsaslanaraq aparacaqlar.

“EY İlin İş Adamı” müsabiqəsi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə tərəfdaşlıq çərçivəsində Azərbaycan Beynəlxalq Bankı və BP-nin maliyyə dəstəyi ilə keçirilir. Ekvita konsaltinq şirkəti müsabiqənin tərəfdaşları sırasındadır.

Qeyd edək ki, EY şirkəti tərəfindən təsis edilmiş “EY İlin İş Adamı” müsabiqəsi 1986-cı ildən etibarən keçirilir. Dünyanın ən nüfuzlu işgüzar mükafatı olan “EY İlin İş Adamı” proqramının məqsədi yüksək potensiala malik iş adamlarının sahibkarlıq fəaliyyətini təşviq etmək, liderliyi və uğurlarını nümayiş etdirməklə başqalarını təşviq etməkdir. Öz sahəsində ilk və yeganə qlobal mükafat proqramı olaraq, “EY İlin İş Adamı” 60-dan çox ölkənin 145-dən çox şəhəri əhatə edən regional, milli və qlobal proqram çərçivəsində uğurlu, böyüyən və dinamik biznes quran sahibkarları üzə çıxarır.

Əlavə edək ki, “Ernst & Young” şirkəti mərkəzi İngiltərə-Londonda yerləşən və dünyanın ən nəhəng şirkətlərindən biridir. Təşkilat ayrı-ayrı ölkələrdə üzv şirkətlər və hüquqi şəxslər vasitəsilə fəaliyyət göstərir və şirkətlərə vergi, konsaltinq və məsləhət, maliyyə auditi xidmətləri təklif edir. “Ernst & Young” şirkətinin nümayəndəliyi Azərbaycanda 20 ildir ki, fəaliyyət göstərir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri