20 
Noy
2020
18:10
375
38
1336
Virtual karabakh

Azərbaycanda dövriyyədəki nağd pulun həcmi 52 faiz artıb

20 Noy, 2020
18:10
1336

Azərbaycanda dövriyyədəki nağd pulun həcmi 52 faiz artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci ilin 9 ayında pul təklifinin dinamikası aylar üzrə dəyişkən olub.

Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata görə, əsasən dövlət büdcəsində profisitin əmələ gəlməsilə bağlı I rübün son ayında əhəmiyyətli azalan pul təklifi, II rübdən başlayaraq tədricən bərpa olunub və mülayim artım meyili III rübün bütün ayları üzrə davam edib.

Doqquz ay ərzində manatla pul bazası 0,6 faiz artıb və dövrün sonuna 12,2 milyard manat təşkil edib.

Hesabat dövründə manatla pul bazasının struktur elementi olan dövriyyədəki nağd pulun həcmi 52 faiz artıb, manatla müxbir hesabların qalığı isə 7,2 faiz azalıb.

Manatla geniş pul kütləsi hesabat dövründə 1 faiz artaraq 9 ayın sonuna 18,4 milyard manat təşkil edib.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri