21 
Noy
2020
15:16
29
256
1724
Virtual karabakh

Valyuta alverinin 88 faizi dolların payına düşüb

2020-ci ilin 9 ayı ərzində banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 2,6 faiz azalıb.

Bu barədə Mərkəzi Bankın “Pul Siyasəti İcmalı” ilə bağlı hesabatında məlumat verilib.

Hesabat dövründə banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi 4,2 milyard ABŞ dolları ekvivalentində olub. Bunun 3,7 milyard dollarını və ya 88,1 faizi ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib. Son bir neçə ayda nağd xarici valyutanın xalis satışı stabilləşib.

Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın olub. Belə ki, kommersiya banklarının orta hesabla günlük alış məzənnəsi 1,6990, satış məzənnəsi isə 1,7025 manat təşkil edib. 

Dövr ərzində manatın məzənnəsi ticarət tərəfdaşı olan ölkələrin valyutalarına qarşı fərqli istiqamətlərdə dəyişib. Belə ki, manatın məzənnəsi türk lirəsi, qazax tengesi, rus rublu, Ukrayna qrivnası və gürcü larisinə qarşı bahalaşıb. Manat bu dövrdə avroya, İsveçrə frankına, və yapon yeninə qarşı ucuzlaşıb.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri