21 
Noy
2020
17:45
674
29
2544
Virtual karabakh

Ayaz Əliyev: “Ərazi bütövlüyünün bərpası ölkədə sürətli iqtisadi artıma təkan verəcək”

21 Noy, 2020
17:45
2544

Ayaz Əliyev: “Ərazi bütövlüyünün bərpası ölkədə sürətli iqtisadi artıma təkan verəcək”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sentyabr ayının sonundan etibarən koronavirus pandemiyası ilə əlaqəli problemlər arxa plana keçdi - Azərbaycan bütün gücünü Qarabağın işğaldan azad edilməsinə yönəltdi. Müharibə zamanı çəkilən xərclər təbii ki, ölkənin büdcəsini təsir edəcək, amma buna dəyərdi. Ərazi bütövlüyünün bərpası ölkədə sürətli iqtisadi artıma təkan verəcək. Əslində, bu, böyük investisiyalar tələb edəcək və biznesin inkişafı drayveri rolunu oynayacaq Milli Bərpa layihəsi olacaq”.

Bu barədə Media.Az-a iqtisad elmləri namizədi, Plexanov adına Rusiya İqtisad Universitetinin maliyyə menecmenti kafedrasının dosenti Ayaz Əliyev danışıb.

Onun sözlərinə görə, ilk növbədə kənd təsərrüfatı, nəqliyyat, ticarət, energetika, turizm sahələrini təsir edəcək sözügedən layihə orta müddətdə müsbət effekt və maddi gəlir verəcək.

“Ölkə ÜDM artımının yüksək templərinə qayıda biləcək. Dünya iqtisadiyyatının və qonşu tərəfdaş ölkələrin iqtisadiyyatının artımı, həmçinin neftin bahalaşması Azərbaycanda iqtisadi artıma təkan verə bilər. 2020-ci ilə qədər iqtisadi artım tempi böyük ölçüdə qlobal iqtisadiyyatın nisbi sabitliyi ilə idarə olunurdu. Lakin, COVID-19  2020-ci ilin əvvəlində həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan iqtisadiyyata zərbə vurdu”, - deyə A.Əliyev vurğulayıb.

O, iqtisadiyyatın sabit artım tempinin 2017-ci ildə Azərbaycanın dünya bazarında neftin ucuzlaşması ilə əlaqəli xarici risklərin təsirini neytrallaşdırmağa imkan yaratdığını qeyd etdi.

“Nəticədə, ölkə iqtisadiyyatı az da olsa, 2016-cı ildə 3 faiz azalmaya qarşı böyüdü, bu da pis deyil. Bundan əlavə, makroiqtisadi göstəricilərə görə, ölkə davamlı artıma doğru inamlı bir kurs götürdü. 2019-cu ilin sonunda qeyri-neft ÜDM-in payındakı artım 54 faiz təşkil etdi və bu da müsbət nəticələr verdi”, - deyə ekspert qeyd edib.

A.Əliyevin fikrincə, koronavirus pandemiyası Azərbaycan iqtisadiyyatına təsirini davam etdirir.

“Lakin Azərbaycanın kifayət qədər pul ehtiyatı var, bu da ölkədəki maliyyə sabitliyinin qarantıdır. Orta müddətdə bu, iqtisadi tənəzzülün nəticələrini aradan götürməyə kömək edəcək”, - deyə Ayaz Əliyev sözlərini yekunlaşdırıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri