23 
Noy
2020
11:08
26
95
1121
Virtual karabakh

Azərbaycan sadələşdirilmiş ticarət prosedurlarında dünya liderlərindəndir - FOTO

23 Noy, 2020
11:08
1121

Azərbaycan sadələşdirilmiş ticarət prosedurlarında dünya liderlərindəndir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı və “Asan İmza” BMT-nin SPECA İqtisadi Forumu 2020-də təqdim olunub.

Oxu.Az-a verilən məlumata görə, Forum “COVID-19 pandemiyasından sonra sosial-iqtisadi dirçəlişin dəstəklənməsində regional əməkdaşlıq” mövzusunda keçirilib.

BMT-nin Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyası (UNESCAP), BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) və BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatı üçün Xüsusi Proqramı (SPECA) nümayəndə heyətlərinin rəhbərləri ilə birlikdə forum virtual formada baş tutub.

SPECA-ya üzv ölkələr olan Əfqanıstan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan nümayəndələri bu mövzuda məruzələrini təqdim edib və fikirlərini söyləyiblər. 

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı COVID-19 sonrası və münaqişədən sonrakı vacib dövrlər üçün bərpa işlərilə bağlı hökumətin planları barədə çıxış edib. O, Azərbaycan torpaqlarının tamamilə azad olunmasından  sonra istifadə ediləcək yeni strateji yol xəritələrini təqdim edib. V.Qasımlı ölkədə tətbiq olunan rəqəmsal texnologiyaların əhəmiyyətini vurğulayıb:

“Azərbaycan, transsərhəd və sənədsiz ticarətin asanlaşdırılması üçün hərtərəfli və effektli olacaq infrastruktur yaradıb. Azərbaycan Rəqəmsal Ticarət Qovşağının elektron Rezidentlik və mobil Rezidentlik proqramları dünyanın hər yerindən olan sahibkarlara yaşadıqları məkandan asılı olmayaraq Azərbaycanda işlərini qurmağa və idarə etməyə imkan verəcək. Bu proqramlar sayəsində istifadəçilər hökumət tərəfindən təqdim edilən rəqəmsal ID kartlarından istifadə edərək Rəqəmsal Ticarət Qovşağının transsərhəd elektron xidmətlərinə əlyetərlik əldə edə biləcəklər”.

Azərbaycandan daha bir nümayəndə “Asan İmza” mobil elektron imzanın texniki operatoru və Azərbaycan Rəqəmsal Ticarət Qovşağının (RTQ) partnyoru olan B.EST Solutions şirkətinin təsisçisi və direktoru xanım Jana Krimpe idi. Krimpe “İqtisadiyyatın hərtərəfli və effektli şəkildə bərpası üçün transsərhəd ticarətin və sənədsiz ticarət prosedurlarının sadələşdirilməsi” adlı III Sessiyada RTQ-nin tətbiqi ilə bağlı ətraflı təqdimat edib. 

O, pandemiyanın təsirindən də danışarkən deyib ki, COVID-19 dövründə onlayn transaksiyaların sayı nəzərə çarpacaq dərəcədə artıb və bu prosesə ölkənin bütün strukturları cəlb olunub. Beləliklə, bu strukturlar sürətlə uzaq məsafədən qoşulma xidmətlərini göstərməyə başlayıblar. Hökumət dərhal reaksiya göstərərək təcrid zamanı vətəndaşlara xidmət etmək üçün çox sayda yeni onlayn xidmətlər yaradıb. 

UNESCAP-ın Ticarət Siyasəti və Əlaqələndirmə şöbəsinin rəhbəri cənab Yan Dyüval da Azərbaycan təmsilçisinin təqdimatına dair bildirib ki, Azərbaycan rəqəmsal və sadələşdirilmiş ticarət prosedurlarında dünyanın liderlərindən biridir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri