24 
Noy
2020
11:04
230
21
3935
Virtual karabakh

Azərbaycanın istehsal etdiyi avtomobilin sayı məlum olub

24 Noy, 2020
11:04
3935

Azərbaycanın istehsal etdiyi avtomobilin sayı məlum olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan minik avtomobillərinin istehsalını azaldıb.

Oxu.Az-ın Dövlət Statistika komitəsindən əldə etdiyi məlumata əsasən, Azərbaycanda 2020-ci ilin yanvar-oktyabr aylarında 1497 ədəd minik avtomobili istehsal edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə 383 ədəd az minik avtomobili istehsal olunub.

Oktyabr ayı ərzində ölkəmizdə 115 ədəd minik avtomobili istehsal edilib.

Ümumilikdə, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 297,9 milyon manatlıq məhsul istehsal edilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 64,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 50,3 faiz, maşın və avadanlıqların istehsalı 41,4 faiz artıb.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri