24 
Noy
2020
16:26
603
23
2980
Virtual karabakh

İkinci Qarabağ müharibəsi Gədəbəydə qızıl mədənlərinin işinə əngəl törətməyib

“Anglo-Asian Mining Plc” şirkəti Gədəbəy ərazisində apardığı qazıntılar nəticəsində 68-72 min unsiya həcmində qızıl istehsal edəcəyini açıqlayıb.

Bu barədə “Anglo-Asian Mining Plc” şirkətinin baş direktoru Reza Vəziri açıqlama verib.

O bildirib ki, şirkət 2020-ci ildə mənfi təsirlərə baxmayaraq, öz fəaliyyətini tam gücü ilə davam etdirib. Bu il şirkət qazma əməliyyatlarından 100 milyon dollar həcmində gəlir götürməyi planlaşdırır.   

Əlavə edilib ki, Azərbaycan və Ermənistan arasında 27 sentyabr tarixindən hərbi vəziyyətin meydana gəlməsi bəzi çətinlikləri yaratsa da şirkətin ərazidə işləri davam etdirməsinə əngəl yaratmayıb. Baş direktor vurğulayıb ki, şirkətin xeyli dərəcədə gücləndirilmiş balans hesabatı da buna sübutdur.

Qeyd edək ki, şirkət Azərbaycanda Gədəbəydə qazıntılara müqavilə üzrə 26 fevral 2007-ci ildən etibarən başlayıb. “Anglo-Asian Mining Plc” şirkəti 25 il müddətində ölkəmizdə mədən və axtarış hüquqlarına sahibdir. Qazıntıların aparıldığı əraziyə Azərbaycanın işləyən ilk qızıl mədənləri və bir sıra kəşfiyyat hədəfləri daxildir. 

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri