24 
Noy
2020
18:03
550
12
3890
Virtual karabakh

Koreyanın beynəlxalq agentliyi Azərbaycana 2 milyon dollar qrant ayırıb

24 Noy, 2020
18:03
3890

Koreyanın beynəlxalq agentliyi Azərbaycana 2 milyon dollar qrant ayırıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İnnovasiyalar Agentliyi 2 milyon ABŞ dolları məbləğində qrant alıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar Agentliyindən verilən məlumata əsasən, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) və Azərbaycan nümayəndəliyinin səlahiyyətli şəxsləri ilə birgə onlayn görüş keçiriblər.

Görüşün məqsədini İnnovasiyalar Agentliyi tərəfindən təklif olunan “Azərbaycanda innovasiya siyasəti üzrə yol xəritəsinin inkişafı vasitəsilə innovasiya tutumunun gücləndirilməsi” layihəsinin gələcək icrası üçün “İclas protokolu”nun müəyyənləşdirilməsi təşkil edib.

Layihə ilə innovasiya üzrə baş planın yaradılması, pilot layihənin həyata keçirilməsi və Azərbaycanda müvafiq sahə üzrə kadr potensialının gücləndirilməsi planlaşdırılır.

Layihənin icrası üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar Agentliyi 2 milyon ABŞ dolları məbləğində qrant alıb.

Qeyd edilib ki, “Azərbaycanda innovasiya siyasəti üzrə yol xəritəsinin inkişafı vasitəsilə innovasiya tutumunun gücləndirilməsi” layihəsinin 2021-2024-cü illər ərzində həyata keçirilməsi nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri