25 
Noy
2020
11:14
552
16
5112
Virtual karabakh

Azərbaycanda qızıl yataqlarının istismara veriləcəyi tarix açıqlandı

25 Noy, 2020
11:14
5112

Azərbaycanda qızıl yataqlarının istismara veriləcəyi tarix açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daşkəsən rayonunda yerləşən “Ağyoxuş”, növbəti ildə “Mərəh”, 2022-ci ildə isə “Tülallar” qızıl yatağının və “Çovdar” qızıl yatağının yeraltı fazasının istismara verilməsi nəzərdə tutulur.

Bu barədə Oxu.Az-a “AzerGold” Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib. 

Bildirilib ki, Avropanın ən iri polimetal yataqlarından biri hesab edilən “Filizçay” layihəsinin icrasının optimallaşdırılması nəticəsində yatağın istismarına əvvəlcə planlaşdırılan müddətdən iki il daha tez, yəni 2025-ci ildə başlamaq mümkün olacaq.

Bununla yanaşı, müvafiq olaraq Şəmkir və Gədəbəy rayonlarının ərazisində yerləşən “Qaradağ”, “Xar-xar” və “Cəyirçay” mis yataqlarının 2026, Balakəndə yerləşən digər polimetal yatağı olan “Mazımçay”ın isə 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

Qeyd edilən yataqların istismara verilmə təqvimi ilkin qiymətləndirmənin nəticələrinə əsasən müəyyən edilib.

Təhlillərin növbəti mərhələsinin nəticələrinə uyğun olaraq gələn ilin ortalarında adları çəkilən yataqların cari plandan daha tez istifadəyə verilməsi barədə qərarın qəbul edilməsi istisna olunmur. 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri