25 
Noy
2020
13:27
247
27
1770
Virtual karabakh

“LUKoil” və SOCAR rəhbərliyi Azərbaycandakı layihələri müzakirə ediblər

25 Noy, 2020
13:27
1770

“LUKoil” və SOCAR rəhbərliyi Azərbaycandakı layihələri müzakirə ediblər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “LUKoil” prezidenti Vahid Ələkbərov arasında 24 noyabr tarixində görüş keçirilib.

Dövlət Neft Şirkətindən Oxu.Az-a verilən məlumata əsasən, görüşdə SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov və Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev iştirak ediblər.

Görüşdə “LUKoil” şirkəti ilə SOCAR arasında uzunmüddətli əməkdaşlıq əlaqələrindən söhbət açılıb, Azərbaycanda həyata keçirilən layihələrdə LUKoil-un iştirakı yüksək qiymətləndirilib, “Naxçıvan”, “Qoşadaş” strukturlarında əməkdaşlığın davam etdirilməsi haqqında müzakirələr aparılıb.

V.Ələkbərov “LUKoil” şirkətinin mövcud əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib, Azərbaycanda neft-qaz kəşfiyyatı və hasilatı sahəsində keçirilən digər layihələrdə də şirkətin mümkün iştirakı ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, “LUKoil” şirkəti Azərbaycanın neft-qaz sektorunda 1994-cü ildən fəaliyyət göstərir. Şirkət “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələrinin hər birində 10 faiz paya malikdir. Həmçinin cari ilin yanvarında iki şirkət arasında Xəzər dənizinin Azərbaycan sektorunda “Naxçıvan” perspektiv strukturu, habelə dənizin dayazsulu hissəsində “Xəzəryanı-Quba” və “Qoşadaş” perspektiv strukturlarını əhatə edən kəşfiyyat blokuna dair Anlaşma Memorandumu imzalanıb. Bundan başqa, “LUKoil” Azərbaycanda pərakəndə yanacaq bazarında iştirak edir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri