25 
Noy
2020
17:42
260
52
3403
Virtual karabakh

Mərkəzi Bankın valyuta ehtiyatları azalıb, nağd pul dövriyyəsi isə artıb

Mərkəzi Bankın rəsmi beynəlxalq ehtiyatlarının həcmi açıqlanıb.

Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, AMB-nin beynəlxalq ehtiyatlarının həcmi 6 milyard 467,8 milyon ABŞ dollarını təşkil edib. Öncəki aya nisbətən ehtiyatların həcmi 0,36 faiz azalsa da, ilin əvvəli ilə müqayisədə bu rəqəm 2 faiz çox olub.

Mərkəzi Bankın pul bazasının həcmində isə həm aylıq, həm də ilin əvvəli ilə müqayisədə artım qeydə alınıb. Noyabrın 1-nə olan göstəricilərə əsasən, Bankın pul bazasının həcmi 13 milyard 477,6 milyon manat olub. Öncəki ayla müqayisədə bu göstərici 1,8 faiz, ilin əvvəlinə nisbətən isə 6,9 faiz çox olub.

O cümlədən, manatla pul bazasının həcmi 12 milyard 103 milyon manatı təşkil edib. Bu rəqəm əvvəlki aya nisbətən isə 1,1 faiz az olsa da, ilin əvvəli ilə müqayisədə 7,4 faiz çoxdur.

Pul bazasının dövriyyədə olan nağd pulların həcmi 10 milyard 783,9 milyon manat olub. Ötən aya nisbətən dövriyyədə olan nağd pul həcmi 1,6 faiz, ilin əvvəli ilə müqayisədə 7,4 faiz artıb.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri