26 
Noy
2020
13:45
431
12
2560
Virtual karabakh

Pambıq yığımında növbəti rekord göstərici qeydə alınıb - FOTO

26 Noy, 2020
13:45
2560

Pambıq yığımında növbəti rekord göstərici qeydə alınıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu günədək sahələrdən 320,5 min ton pambıq yığılıb, orta məhsuldarlıq 32 sentneri keçib.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən, bu il Azərbaycanda pambıq yığımında rekord orta məhsuldarlıq göstəriciləri qeydə alınıb. Son göstərici ötən ilin yekun göstəricisindən 25,5 min ton çoxdur.

Qeyd edək ki, 2019-cu il pambıq mövsümünün yekununda ölkə üzrə 295 min ton pambıq yığılaraq məntəqələrə təhvil verilib.

Noyabrın 26-na olan operativ məlumata görə, pambıq yığımında orta məhsuldarlıq 32,09 sentner təşkil edir. Bu, Azərbaycanın pambıqçılıq tarixinin ən yüksək göstəricilərindən biridir. Hazırda sahələrdə pambıq yığımı davam edir, mövsümün yekununda həm məhsul həcmi, həm orta məhsuldarlıq göstəricilərinin daha da artacağı gözlənilir. Pambıq yığımının optimal müddətdə başa çatdırılması nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri