27 
Noy
2020
15:12
123
16
2089
Virtual karabakh

ATM və POS-terminallardan 1,7 milyard manat nağd pul çıxarılıb

27 Noy, 2020
15:12
2089

ATM və POS-terminallardan 1,7 milyard manat nağd pul çıxarılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci ilin yanvar-oktyabr aylarında ATM-lər vasitəsilə 1 milyard 663 milyon manat, POS-terminallar vasitəsilə isə 86 milyon manat nağd pul çıxarılıb.

Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, ATM-lər vasitəsilə çıxarılan pulun həcmi ötən ayın göstəricilərinə nisbətən 2,5 faiz, ilin əvvəli ilə müqayisədə isə 31,3 faiz artıb. Ölkədə ATM-lər vasitəsilə aparılan əməliyyatların ümumi sayı 6,9 milyondur.

POS-terminallar vasitəsilə çıxarılan nağd pulun həcmi ötən aya nisbətən 21,8 faiz azalıb. Buna baxmayaraq, ilin əvvəli ilə müqayisədə bu həcm 32,3 faiz artıb. POS-terminallar vasitəsilə aparılan nağd pulun çıxarılması üzrə əməliyyatların sayı 16 min olub.

Eləcə də, ATM-lər vasitəsilə aparılan nağdsız ödənişlərin həcmi 21 milyon manat, POS-terminallar vasitəsilə 200 milyon manat təşkil edib.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri