27 
Noy
2020
12:10
546
17
4769
Virtual karabakh

Bakı-Minsk marşrutu üzrə birbaşa reyslər bərpa olunur

27 Noy, 2020
12:10
4769

Bakı-Minsk marşrutu üzrə birbaşa reyslər bərpa olunur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-Minsk marşrutu üzrə birbaşa reyslər bərpa olunur.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən verilən məlumata əsasən, dekabr ayının əvvəlindən Bakı-Minsk marşrutu üzrə müntəzəm çarter reyslərinin bərpa edilməsi nəzərdə tutulur.

4 dekabr 2020-ci il tarixdən etibarən “Belavia” aviaşirkəti Bakı-Minsk marşrutu üzrə müntəzəm reyslərin həyata keçirilməsinə başlayacaq. İki paytaxt arasında uçuşlar həftədə dörd dəfə - çərşənbə axşamı, cümə, şənbə və bazar günləri həyata keçiriləcək.

Bu reyslər Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından həyata keçiriləcək.

Qeyd edək ki, yalnız vətəndaşlığı olan və ya təyinat ölkəsinə giriş hüququna malik , eləcə də koronavirusa (COVID-19) dair testdən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər uçuşlara buraxılacaq.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri