27 
Noy
2020
17:24
212
42
1771
yuxarı
Vətəndaşların banklardakı əmanətlərinin həcmi artıb
Vətəndaşların banklardakı əmanətlərinin həcmi açıqlanıb.
Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata görə, noyabrın 1-nə olan göstəricilərə əsasən fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi 7 milyard 870,3 milyon manat təşkil edib.
Ötən aya nisbətən vətəndaşların əmanətlərinin həcmi 0,5 faiz artıb. Buna baxmayaraq, ilin əvvəli ilə müqayisədə banklardakı fiziki şəxslərin əmanətlərinin həcmi 8,3 faiz azalıb.
Vətəndaşların əmanətlərinin 46,9 faizi milli valyutata, 53,1 faizi isə xarici valyutadadır.
Nigar Məmmədova
Bizimlə əlaqə saxlayın
Digər İqtisadiyyat xəbərləri
17 
Yan
2021
11:02
Azərbaycanda kart məlumatlarının oğurlanması ilə bağlı XƏBƏRDARLIQ - VİDEO
242
43
10741