27 
Noy
2020
18:28
429
68
4002
Virtual karabakh

Azərbaycanda əhali dollar alışını artırıb, avroya isə maraq tamamilə azalıb

27 Noy, 2020
18:28
4002

Azərbaycanda əhali dollar alışını artırıb, avroya isə maraq tamamilə azalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci ilin yanvar-oktyabr aylarının sonuna olan xarici valyutada nağd mübadilə əməliyyatlarının həcmi açıqlanıb.

Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, göstəricilərdə ABŞ dolları, ingilis funt sterlinqi, avro və rus rublu üzrə mübadilə əməliyyatlarının həcmi təqdim edilib.

Belə ki, 2020-ci ilin 10 ayı ərzində banklar tərəfindən 953,4 milyon ABŞ dollarının alışı həyata keçirilib. 3 milyard 4,5 milyon ABŞ dollarının isə satışı təmin edilib. 2019-cu ilin cari dövrünə nisbətən banklar tərəfindən dolların alışı 37,7 faiz azalıb, satışı isə 43,7 faiz çox olub.

Bu dövr ərzində 10,1 milyon dəyərdə ingilis funt sterlinqinin alışı həyata keçirilib. Eləcə də, banklar tərəfindən 17 milyon 645,1min funt sterlinqi həcmində satış baş tutub. Cari valyuta vahidi üzrə alış ötən ilə nisbətən 29,5 çox olub, satış isə 28,1 faiz azalıb.

Yanvar-oktyabr ayları ərzində banklar tərəfindən 65 milyon 469,3 min avro həcmində alış baş tutub. Bu dövr ərzində 203 milyon 741,5 min dəyərdə avro satışı təmin edilib. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə avronun alışı 62,8 faiz və ya 2,7 dəfə azalıb, cari valyuta üzrə satış həcmi də 58,2 faiz və ya 2,4 dəfə azalıb.

İlin əvvəlindən oktyabr ayının sonuna olan göstəriciyə əsasən, 11 milyard 407,7 milyon Rusiya rublunun alışı həyata keçirilib. Cari dövrdə 2 milyard 355,4 milyon rus rublunun satışı banklar tərəfindən təmin edilib. Rus rublunun alışı ötən ilə nisbətən 10,6 faiz azalıb. Həmçinin, rublun satışı da 2019-cu ilin 10 ayı ilə müqayisədə 21,5 faiz az olub.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri