28 
Noy
2020
13:11
367
13
2518
Virtual karabakh

Avropa və Asiyani birləşdirən dəmir yolunda logistik mərkəz yaradılıb - FOTO/VİDEO

28 Noy, 2020
13:11
2518

Avropa və Asiyani birləşdirən dəmir yolunda logistik mərkəz yaradılıb - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Asiya ilə Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətli hissəsində işlər yekunlaşıb.

Türkiyənin “Sabah” qəzetinin verdiyi məlumata görə, Bakı-Tbilisi-Qars dəmir yolunun Qars Logistika Mərkəzində aparılan işlər sona çatıb.

Belə ki, əvvəlcə 19 ayrı xətt üzrə 400 min kvadratmetr ərazidə 500 nəfərin fəaliyyət göstərəcəyi və 80 min kvadrat metrlik konteyner ehtiyat sahəsi olan Qars Logistika Mərkəzinin 7 kilometrlik dəmir yolu xətti BTQ-yə birləşdiriləcək.

AK Partiyasının Qars üzrə millət vəkili və keçmiş Nəqliyyat, Rabitə və Dənizçilik naziri Əhməd Arslan bildirib ki, gömrük prosedurlarında bütün yüklər Türkiyədən Gürcüstana keçərək Orta Asiyaya daşınacaq və Bakı-Tbilisi-Qars dəmir yolu xətti İpək Yolunda yük daşımalarını davamlı edəcək. O vurğulayıb ki, bu xətt vasitəsilə Türkiyədən Uzaq Şərqə və Orta Asiyaya, eləcə də bu ərazilərdən yüklərin Türkiyəyə daşınmasına imkan verəcək.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri