30 
Noy
2020
15:54
557
11
4296
Virtual karabakh

Şuşanın gəzməli-görməli yerləri haqqında video çarx hazırlanıb - VİDEO

Dövlət Turizm Agentliyi işğaldan azad edilən Şuşanın gəzməli-görməli yerləri haqqında video çarx hazırlayıb.

Agentlikdən Oxu.Az-a verilən məlumata əsasən, Çarxda Şuşanın səfalı yerləri, o cümlədən tarixi Şuşa qalası, şair, istedadlı rəssam və xeyriyyəçi Xan qızı Xurşudbanu Natəvanın evi, Şuşa şəhərinin mərkəzi meydanında inşa edilmiş Yuxarı Gövhər ağa məscidi, mərkəzdən 150 metr məsafədə yerləşən Aşağı Gövhər ağa məscidi, Daşaltı dərəsindəki “Çətir şəlaləsi”, XVIII əsrdə bir əkinçi tərəfindən aşkarlanan İsa bulağı, cıdır yarışlarının təşkil edildiyi və Novruz bayramlarının keçirildiyi Cıdır düzü haqqında məlumatlar təqdim olunub.

Agentliyin sədri Fuad Nağıyev Şuşanı təbiəti, tarixi, mədəniyyəti, memarlığı ilə Qarabağın turizm mərkəzi kimi səciyyələndirib:

“Şanlı ordumuzun Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəmanlıq dastanı yazaraq düşmən işğalından azad etdiyi Şuşanın gəzməli-görməli yerlərini təqdim edirik”.

Layihə çərçivəsində digər azad edilmiş torpaqlarımızın da turizm potensialını əks etdirən bu növ video çarxların hazırlanması nəzərdə tutulub.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri